Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Könül Cəfərova vəzifəsindən azad edilib.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi məlumatı təsdiqləyib.

Bildirilib ki, K.Cəfərova ilə xidməti müqavilə uzadılmayıb.

İdarə rəisi vəzifəsinin icrası Emin İbrahimova həvalə edilib.