Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq
Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib.
İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri müzakirə olunub.
Qeyd olunub ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi planlaşdırılır.
Eyni zamanda, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı üzrə yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.
Nazir müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.
Rauf Hacıyevin oğlu bu gün rus blogerlə evlənir - Fotolar