Bakının Nərimanov rayonunda kafe yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BUTA.TV-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu Atatürk prospektində kafedə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri əraziyə cəlb olunub.

Hazırda yanğın söndürmə işləri davam etdirilir.