Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Səxavət Nəbi oğlu Cabbarov münaqişə zəminində qardaşı, 1971-ci il təvəllüdlü Elşən Nəbi oğlu Cabbarova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.