Şəmkirdə ölümlə nəticələnən qəza baş verib.

“BUTA.TV” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər vəfat edib. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

“Land Cruiser” markalı avtomobilin aşması nəticəsində iki nəfər vəfat edib, daha bir nəfər yaralanıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Hadisə nəticəsində Qılıncbəyli kənd sakinləri, 1995-ci il təvəllüdlü Elgün Abbasov və yaşıdı Eşqin Abbasov ölüblər.

***

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, ilkin araşdırmalara əsasən hadisənin baş verməsinə alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi səbəb olub. 

***

Hadisə nəticəsində ölən və xəsarət alan şəxslər sinif yoldaşı olublar.

Onların hər üçü Şəmkirin Qılıncbəyli kəndindəndir.

İlkin məlumata görə, sözügedən şəxslər kafelərin birində yeyib-içdikdən sonra kəndə geri qayıdıblar. Bu zaman “Toyota” markalı avtomobil idarə etmədən çıxaraq aşıb. 

Yunis Quliyev

Xaricdə oxuyanlara yüksək vəzifə qadağası – Yeni qərar Xaricdə oxuyanlara yüksək vəzifə qadağası – Yeni qərar