Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti - Açıqlandı
Video
Ötən gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində körpünün üzərindən köməkçi yola aşan minik avtomobilinin sürücüsü Vüsal Nəsirlinin vəziyyəti açıqlanıb.
TƏBİB-dən “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 19 yaşlı şəxs ötən gün saat 12:00 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Döş qəfəsinin və bud çanağının əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, ötən gün Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb. Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.
Gülnar Əliyeva
.jpg)
Onların DSMF-yə borclarını silmək mümkün deyil...