İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin yeni seçilən prezidenti Məsud Pezeşkianın hökumətində təmsil olunacaq.

BUTA.TV xəbər verir ki, Cavad Zərif bu haqda öz X hesabında məlumat yayıb.

"Möhtərəm Prezidentin diqqəti və məsləhətləşmələrdən sonra prezidentin strateji məsələlər üzrə müavini kimi vəzifəmi yerinə yetirəcəyəm", - Məhəmməd Cavad Zərif yazıb.

Xatırladaq ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb.