Meyoll: Rusiya Kiyevin müqavimətini zəiflətmək üçün...
Cəbhənin digər nöqtələrində Kiyevin müqavimətini zəiflətmək üçün Rusiya bilərəkdən Ukrayna qoşunlarını Kursk vilayətindən çıxarmağa tələsməyə bilər.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargahı rəisinin keçmiş müavini Saymon Meyoll deyib.
Onun fikrincə, Ukrayna qüvvələrinin və Qərb silahlarının Kursk bölgəsində cəmləşməsi diqqəti Donbas kimi daha prioritet ərazilərdən yayındıra bilər.