Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı “Qısqac-25” əməliyyatı keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb.
O bildirib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.
Məlumata görə, əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb. Onların təşkilatın qondarma "Hərbi Şəxsi" strukturunda fəaliyyət göstərdikləri, təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun "ByLock" kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.