Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) İraqın Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının "rəhbər"lərindən olan Gülistan Tekik öldürülüb.

Məlumata görə, adıçəkilən terrorçu PKK-nın təbliğat və dezinformasiya işləri ilə məşğul olurmuş.

Həmçinin, o, PKK-nın ideologiyasını yayırmış.