Braziliyanın şərqindəki Resife şəhərində kilsənin damının uçması nəticəsində azı iki nəfər ölüb, onlarla adam yaralanıb.

BUTA.TV xəbər verir ki, məlumatı "G1"portalı yayıb.

Bildirilib ki, qəza zamanı binada 60-70 nəfər olub.

Ölkə prezidenti Lula da Silva hadisəni faciə adlandırıb və həlak olanların yaxınlarına başsağlığı verib.