Çində dövlət qurumlarında yüksək vəzifələrə təyinat zamanı ölkə daxilində təhsil almış məzunlara üstünlük veriləcək.

BUTA.TV “Yeni Sabah”a istiandla xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, əvvəllər xaricdə təhsil alaraq ölkəyə qayıdan məzunlar Çində yüksək qiymətləndirilir və istedadlı kadrlar kimi xarakterizə olunurdular. Lakin hazırda yanaşma dəyişib. Artıq dövlət qurumlarında yüksək vəzifələrə yalnız Çində təhsil almış məzunların təyin olunacağı bildirilir.

Ədalət Muradov Çinin bu yanaşmasının nə dərəcədə doğru olduğunu zamanın göstərəcəyini qeyd edib.

Rektor paylaşımını xoş arzularla yekunlaşdırıb:

“Uğurlar! Hər şey daha da yaxşı olacaq!”

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı