Azərbaycanda tanınmış prodüser Emin Əfəndi Rabitəbankın cashback sistemi ilə bağlı diqqətçəkən paylaşım edib. O, kartında topladığı cashback məbləğini istifadə etmək istədikdə vəsaitin gözlənilmədən təxminən 30-40 faiz azaldığını gördüyünü bildirib.

BUTA.TV xəbər verir ki, Emin Əfəndi sosial şəbəkə hesabında paylaşdığı məlumatda Rabitəbank kartında müəyyən müddət ərzində cashback topladığını, həmin məbləği karta köçürmək istədikdə isə yığılan vəsaitin xeyli azaldığını müşahidə etdiyini yazıb.

Prodüser paylaşımında bu azalmanın səbəbini anlamadığını ifadə edərək izləyicilərindən də oxşar halla qarşılaşıb-qarşılaşmadıqlarını soruşub.

Məsələ ilə bağlı bir sıra suallar yaranır: Cashback məbləği hansı qaydalar əsasında hesablanır? Müştərinin hesabında görünən məbləğ sonradan hansı hallarda azala bilər? Bu, cashback proqramının şərtləri, müddət məhdudiyyəti, komissiya və ya texniki nasazlıqla bağlı ola bilərmi?

BUTA.TV məsələ ilə bağlı Rabitəbankın rəsmi mövqeyini öyrənməyə çalışır. Bankdan müştərinin hesabında yaranan bu fərqin səbəbinə və cashback məbləğinin hesablanma mexanizminə aydınlıq gətirməsini xahiş edirik.

Ebru Gündeş 7 milyonluq saatı ilə gündəm oldu - Foto Ebru Gündeş 7 milyonluq saatı ilə gündəm oldu - Foto