İmişlidə idman müəllimi intihar edib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, İmişlinin Xoşçobanlı kənd sakini, 1968-ci il təvəllüdlü Rüstəm Əziz oğlu Aslanov özünü internet xəttinin dirəyindən asaraq intihar edib.

Qeyd edək ki, R.Aslanov kənd məktəbində idman müəllimi kimi çalışırmış.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.