Krım körpüsünün dağıdılması Rusiyada hakimiyyət uğrunda qaçılmaz mübarizə prosesini başladılacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Andrey Piontkovski deyib.

“Hazırda Rusiyanın informasiya məkanında hökmranlıq edən müharibə tərəfinin bir-birinə nifrət edən və müharibənin uğursuzluğunda bir-birini günahlandıran üç qrupu var. Bunlar ordu, Putin və onun resursu FSB-dir. Ukrayna hərbi komandanlığının Krım körpüsünün dağıdılmasına hazırlaşdığına əminəm", - o vurğulayıb.

Piontkovski əlavə edib ki, Putin indi hakimiyyətdəki yerini qorumağa çalışır.