Rusiya artıq Kurska hücuma cavab verir - Peskov
Rusiya artıq Kursk bölgəsinə hücuma cavab verir və cavab verməyə davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Cavab, əslində, artıq verilir. Siz niyə fikirləşirsiz ki, bu, bir dəfəlik hadisədir? Silahlı qüvvələrimizin qətiyyətli hərəkətlərini görürsünüz. Onların davam edəcəyinə şübhə yoxdur”, - Peskov bildirib.