Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak edəcək 27 partiyanı qeydə alıb.

BUTA.TV xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

“Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində siyasi partiyaların qeydiyyatı prosesi avqustun 30-da başa çatıb və bu vaxta qədər MSK-da 27 partiya qeydiyyatdan keçib”, - məlumatda bildirilib.