Kamçatkada 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin saytı məlumat yayıb.

“Zəlzələnin maqnitudası 42 kilometr dərinlikdə olub, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 117 km aralıda olub”, - deyə bildirilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.