Cənubi Koreya polisi Teleqrama qarşı cinayət işi açıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İstintaqın platformada dərc olunan bəzi saxta məzmunlarla bağlı olduğu qeyd edilir:

“Şübhələr saxta videoların yayılması və digər cinayətlərlə bağlıdır. İstintaqda bəzi çətinliklər var, çünki messencer lazımi məlumatları, məsələn, hesab məlumatlarını təqdim etmir”.