Əfqanıstanın paytaxtı Kabildə qanlı terror aktı baş verib.

BUTA.TV xəbər verir ki, baş prokurorluğun binası yaxınlığında baş verən terakt nəticəsində 6 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

İlkin məlumatlara görə, kamikadze binaya daxil olmağa çalışarkən bədəninə bərkidilmiş partlayıcını işə salıb.

Partlayışın qurbanları mülki şəxslər və Taliban yaraqlıları olub.