Rusiyada nüvə sualtı qayıqlarının tanınmış konstruktoru, uzun müddət “Rubin” Mərkəzi Konstruktor Bürosuna rəhbərlik etmiş akademik İqor Spasski 98 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə Sankt-Peterburq hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Onun adı Rusiya Hərbi Dəniz Qüvvələrinin strateji potensialının əsasına çevrilmiş layihələrlə bağlıdır”, - məlumatda deyilib.

Qeyd edək ki, akademik hazırda Rusiyanın strateji sualtı donanmasının əsasını təşkil edən “Kalmar”, “Akula” və “Delfin” “Qranit” və “Antey” sualtı qayıqlarının aparıcı konstruktoru olub.