Azərbaycanda dəmir yolu infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.

BUTA.TV bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyəti zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.

Belə ki, bu gün saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️