Ölkəmizdə meymunçiçəyinə yoluxma qeydə alınıb?
Azərbaycanda bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
“Respublika ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib”, - məlumatda bildirilib.