Azərbaycanın "NTD-İndiqo" basketbol klubunun adı dəyişdirilib.

BUTA.TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu mövsümdən NTD adlandırılacaq və yenidən Bakını təmsil edəcək.

Həmçinin klubun yeni loqosu təqdim olunub. Baş məşqçi Tahir Baxşıyev komandadakı işini davam etdirəcək.

Qeyd edək ki, NTD ad dəyişikliyindən öncə Xaçmazı təmsil edirdi.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı