Rusiya ordusunun Ukraynanın Dnepr vilayətinin Pavloqrad şəhərinə raket zərbələri zamanı 1 nəfər dinc sakin ölüb, 40-dan çox yaralı var.

BUTA.TV xəbər verir ki, səhərə təqribən 5 ədəd “İsgəndər-M”/KN-23” tipli ballistik raket buraxılıb.

Vilayət Hərbi Administrasiyasından bildirilib ki, zərbələrin təsirindən beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Zərbələrin Rusiyanın Voronej və Rostov vilayətlərinin ərazisindən endirildiyi ehtimal edilir.

Xaricdə oxuyanlara yüksək vəzifə qadağası – Yeni qərar Xaricdə oxuyanlara yüksək vəzifə qadağası – Yeni qərar