Mehriban Əliyevadan İlham Zəkiyevlə bağlı paylaşım
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
BUTA.TV paylaşımı təqdim edir:
"Növbəti qələbəmiz! İlham Zəkiyev Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!"