İsrail naməlum hava obyektini vurdu
İsrail hərbçiləri Malkiya üzərində Livan istiqamətindən uçan şübhəli hava obyektini vurub.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"Bu gün İsrailin hava hücumundan müdafiə sistemi Livandan İsrailin şimalındakı Malkiya ərazisi üzərində uçan şübhəli hava hədəfini ələ keçirib.
Dağıntı və tələfat barədə məlumat verilməyib",- məlumatda deyilir.