Bu iki Avropa ölkəsi ilk dəfə birgə hərbi təlim keçirəcək
İsveçrə və İtaliya 9-20 sentyabrda ilk dəfə birgə hərbi hava qüvvələrinin təlimlərini keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Bildirilib ki, təlimlər 2004-cü ildə İsveçrə və İtaliya arasında hərbi təlim sahəsində əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında imzalanmış saziş əsasında keçiriləcək.