Zurabişvili ikinci dəfə prezident olmaq istəyir
Prezident Salome Zurabişvili ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə S.Zurabişvili özü deyib.
“Bu gün Gürcüstan çox ciddi çağırışlarla üz-üzədir. Lakin mən ölkəni bu çətinliklərdən azad etmək niyyətindəyəm. Daha doğrusu, Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizədliyimi irəli sürməklə bərabər, üzərimə böyük məsuliyyət götürməyə də hazıram”, - deyə o bildirib.