İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Mənsuri və Ət-Tiri bölgələrində Hizbullah təşkilatının bir neçə buraxılış qurğusuna zərbə endirib.

BUTA.TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Ət-Tiridəki buraxılış qurğusunu vurduqdan sonra ondan daha bir raket buraxılıb”, - məlumatda deyilir.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Rahaf bölgəsində Hizbullah hərbi strukturuna da zərbə endirib.

10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı