ABŞ-ın Atlanta hava limanında iki təyyarə uçuş-enmə zolağına çıxarkən toqquşub.

BUTA.TV “Delta Air Lines”ə istinadən xəbər verir ki, “Airbus A350” təyyarəsinin qanadı “Endeavour Air CRJ-900”ün quyruğuna dəyib.

Ölən və yaralananların olmadığı qeyd edilir.