Əfqanıstanın Norveçdəki səfirliyi fəaliyyətini dayandırır.

BUTA.TV xəbər verir ki, bu barədə Əfqanıstanın Norveçdəki səfirliyi məlumat yayıb.

Belə bir addım atılmasına səbəb kimi Talibanın keçmiş hökumət tərəfindən yaradılmış diplomatik missiyaları, o cümlədən Norveçdəki missiyanı artıq tanımaması göstərilib.

Diplomatik missiyanın sentyabrın 12-də bağlanacağı bildirilib.