Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya ABŞ silahlarından istifayə icazə verməyi nəzərdən keçiririk.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Administrasiya hazırda bu məsələ üzərində işləyir”, - o bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Co Baydenin Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək icazəsini istina etmədiyini demişdi.