İsrail ordusuna məxsus hərbi helikopter Qəzzanın Rəfah rayonunda qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində iki nəfər həlak olub, 7 nəfər yaralanıb.

Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.