Britaniyadan Rusiyaya qarşı şok: icazə verildi
Böyük Britaniya artıq Ukraynaya Rusiyadakı hədəflərə qarşı "Storm Shadow" qanadlı raketlərindən istifadə etməyə icazə vermək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə "Quardian" nəşri Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirməsinə icazə verilməsi barədə qərar artıq qəbul edilib.