UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası Azərbaycanın iki kanalında yayımlanacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a İctimai Televiziyanın (İTV) İdman Departamentinin rəhbəri Kənan Hakimov məlumat verib.

Onun sözlərinə görə, avrokubok matçları CBC Sport-la yanaşı, İctimai TV-də də göstəriləcək.

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparır.