"Campos Racing" komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

BUTA.TV xəbər verir ki, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.