Avropa Birliyi Tehranın Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya ballistik raketlər verməsinə görə İranın aviasiya sektorunu hədəf alan sanksiyaları nəzərdən keçirir.

BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Avropa Birliyi ballistik raketlərin Rusiyaya ötürülməsinə görə İrana dəfələrlə və qəti şəkildə xəbərdarlıq edib və son addımlara cavab verəcək”, - Borrell bildirib.