Köçəryanın istintaq işi ilə bağlı yeni xəbər
Ermənistanın eks-prezidenti Robert Köçəryanın işi üzrə istintaq bərpa ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, istintaq işinə Antikorrupsiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2021-ci ildə Köçəryana qarşı cinayət təqibi dayandırılıb. Konstitusiya Məhkəməsi Köçəryana 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə ittiham olunduğu maddəni Konstitusiyaya zidd hesab edib.