Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimov vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Axşam.az-a aktyorun qızı məlumat verib.

O bildirib ki, mərhumla vida mərasimi sabah saat 3-də Bakıxanov qəsəbəsində İmam Rza məscidində keçiriləcək.

Rafiq İbrahimov Balaxanı qəbiristanlığında valideyinlərinin yanında dəfn olunacaq.

Qeyd edək ki, aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi.