İran əsas funksiyası orbital manevr texnologiyasını sınaqdan keçirmək olan “Çamran-1” tədqiqat peykini orbitə çıxarıb.

BUTA.TV xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

“Bu gün səhər saatlarında “Çamran-1” tədqiqat peyki “Qaem-100” daşıyıcı aparatı vasitəsilə kosmosa buraxılıb və 550 kilometr yüksəklikdə uğurla orbitə çıxarılıb”, - məlumatda deyilib.