Zelenski ABŞ-dan xahiş etdi: Sürətləndirin...
Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı konqresmenlərlə görüşündə ABŞ-dan silah tədarükünü sürətləndirməyi istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Zelenski öz Teleqram kanalında məlumat yayımlanıb.
“Mən ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti ilə görüşdüm. Bütün səviyyələrdə tərəfdaşlarımızı ehtiyaclarımız, mövqelərimiz haqqında tam məlumatlandırmaq vacibdir. Hərbi paketlərdə hər hansı gecikmə cəbhəyə mənfi təsir göstərir”, - Zelenski bildirib.