Sentyabrın 14-də Ukrayna qoşunları Kursk vilayətinin Qluşkovski rayonunda irəliləyişlərini davam etdiriblər. Ordu Tetkinodan cənubda və Sucanın şimalında irəliləyərək bir neçə kəndi ələ keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Məlumata görə, Ukrayna hərbçiləri Vesyoloe kəndində fəaliyyət göstərir. Rusiyalı hərbi bloger də bu kəndin ələ keçirildiyini təsdiqləyib:

“Rus mənbələr hətta Ukrayna ordusunun Medvejevo kəndindən qərbə (Qluşkovodan cənub-qərbə) və Tetkinodan cənuba (Qluşkovodan təqribən 25 km cənub-qərbə) Sumı vilayəti ilə sərhəddə yerləşən ərazidə irəlilədiyini təsdiq edib. Onlar bildiriblər ki, Ukrayna qüvvələri sentyabrın 13-də və 14-də Medvejevo, Vesyeloe, Obuxovka və Novıy Put yaxınlığında hücum əməliyyatlarını davam etdirib. Ukrayna ordusu Sucadan şimalda yerləşən Çerkasskoe Poreçnoe kəndini ələ keçirib”.

Bakıda gecə klubları işlədən Harun Reşit Can necə “hicab cəfakeşi” oldu? Bakıda gecə klubları işlədən Harun Reşit Can necə “hicab cəfakeşi” oldu?