Azərbaycanlı məşhur idman ustası Rusiyada öldü
SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, əslən Cəlilabad rayonundan olan Ş.Hüseynov keçmiş SSRİ birinciliyinin mükafatçısı və I Qarabağ Müharibəsinin könüllü iştirakçısı olub.