Türkiyədə makaron fabrikində partlayış: 20 yaralı
Türkiyənin Sakarya şəhərindəki makaron fabrikində partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.