Ukrayna hərbçiləri Rusiya ordusunun Kurskdakı bazasını məhv ediblər.

BUTA.TV xəbər verir ki, bu barədə görüntülər Ukrayna Teleqram kanallarında yayılıb.

“Poltavadakı hərbi məktəbin vurulmasına cavab”, - məlumatda qeyd olunub.

Bildirilib ki, baza GBU-39 bombası ilə vurulub, içəridə çoxlu sayda rusiyalı hərbçi olub.