ABŞ Prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində iştirak edən şəxs saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə eks-prezidentin oğlu Donald Tramp (kiçik) məlumat verib.

“Bu, yenə baş verir. Atışma Floridada Uest-Palm-Biçdə qolf meydançasında baş verir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kolluqda AK-47 avtomatı aşkar edilib. Şübhəli saxlanılıb”, - deyə oğlu bildirib.