İki gün ərzində Kəlbəcərə yağan qar şəhər ərazisində bəzi yerlərdə 30-40 sm təşkil edib. Hazırda Kəlbəcər rayonu ərazisində yağıntı müşahidə olunmur.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, əsas avtomobil yollarında qar örtüyünün qalınlığı 1-3 sm təşkil edir.

"Cari saata olan məlumata əsasən havanın temperaturu +3°C-dir. Günün ikinci yarısında temperaturun +8°C-dək yüksələcəyi proqnozlaşdırılır”.

Qeyd edək ki, yağan qar kəlbəcərli uşaqların ürəyincədir. Onlar qarlı yollarda xizək yarışı keçirir.

“Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir” “Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir”