İran hökuməti İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-la danışıqlardan imtina edib.

BUTA.TV xəbər verir ki, bu iddia ilə İran mediası çıxış edib.

Bildirilib ki, ABŞ-ın qeyri-real və hədsiz tələbləri, daim dəyişən mövqeyindən dolayı müvafiq qərar verilib.

Qeyd edək ki, 8 apreldə tərəflər arasında əldə edilən iki həftəlik atəşkəs razılaşmasından sonra İslamabadda 11 apreldə danışıqlar keçirilmiş, lakin nəticəsiz başa çatmışdı.

Növbəti danışıqların 21 apreldə baş tutacağı gözlənilirdi.