Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar.

BUTA.TV xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub.

Baza tərtibatçıları qeyd ediblər ki, Baskov Rusiyanın Ukraynaya dair siyasətinə dəstək verir, Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən "Putin Team" hərəkatında yer alır və dövlət başçısı tərəfindən göndərilən yubiley təbrikini sosial şəbəkələrdə izləyiciləri ilə bölüşüb. Vurğulanır ki, ifaçı mütəmadi şəkildə rusiyalı hərbçiləri dəstəkləyən kütləvi tədbirlərə qatılır, 2022-ci ilin dekabrında Rusiya ordusunun ehtiyaclarını qarşılamaq üçün bir milyon rubl vəsait ayırıb. Həmçinin 2024-cü ilin noyabrında hərbi əməliyyat iştirakçıları və onların ailə üzvlərinə dəstək üçün təşkil edilən "Zəmanəmizin qəhrəmanları" federal layihəsi çərçivəsindəki xeyriyyə konsertində aparıcı qismində iştirak edib. Bundan əlavə, o, Ukraynanın Rusiyanın nəzarətində olduğu ərazilərində dəfələrlə konsert proqramları ilə çıxış edib.

İosif Priqojinlə bağlı isə bazanın müəllifləri bildirirlər ki, o, Rusiyanın addımlarını və hökumətin Ukraynaya yönəlik siyasətini dəstəkləyir. Prodüserin bu siyahıya daxil edilməsinin digər bir səbəbi isə 2018-ci il seçkisi zamanı Putinin etibarlı adamı olmasıdır.

Portalın məlumatlarına görə, Kirkorov da eyni şəkildə Rusiyanın addımlarına və hökumətin Ukrayna ilə bağlı yürütdüyü siyasətə tərəfdar çıxır, o cümlədən rusiyalı hərbçilərin xeyrinə keçirilən konsertlərdə səhnə alır.

Xatırladaq ki, 2022-ci ilin əvvəlindən etibarən "War&Sanctions" bazasında Baş Kəşfiyyat İdarəsi tərəfindən Rusiya təbliğatı ilə əlaqəli bilinən 450-dən çox ictimai xadim, idmançı və mədəniyyət xadimi haqqında məlumatlar bir araya gətirilib.

Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ